Bakıda yeni metro stansiyaları açılacaq

Bakıda yeni metro stansiyaları açılacaq

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) daha üç yeni metrostansiyanın tikintisinə başlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a verdiyi məlumata görə, inkişaf sxeminə uyğun olaraq, yeni stansiyalar Nobel prospektində yerləşəcək (Bakı-Ağ şəhər layihəsinin ərazisində).

Onun sözlərinə görə, Y-14, Y-15, Y-16 şərti adları daşıyan stansiyalar, “Xətai” və “Həzi Aslanov-2” stansiyalarını birləşdirməyi nəzərdə tutub:

“Stansiyaların yerləşdiyi ərazilərdə tikintiyə başlamaq üçün hazırlıq işləri artıq başlayıb”.

0
14