Azərbaycanda yeni yaradılan agentliyin əməkdaşları “Cadillac” sürəcək

Azərbaycanda yeni yaradılan agentliyin əməkdaşları “Cadillac” sürəcək

Mənzil İnşaatı Dövlət Agentliyi alacağı avtomobilləri müəyyənləşdirib.

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC tərəfindən nəqliyyat vasitələrinin satın alınması üzrə keçirilən tenderin qalibləri müəyyənləşib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, tenderdə iki şirkət qalib olub.

İyunun 25-dən avqustun 10-dək keçirilmiş açıq tenderdə “Auto Azerbaijan” MMC və “Performance Center” MMC qalib müəyyən edilib.

Qeyd edək ki, “Auto Azerbaijan” şirkəti “Hyundai”, “Chrysler” və “Peugeot”, “Performance Center” isə “Chevrolet” və “Cadillac” avtomobil brendlərinin Azərbaycandakı rəsmi dilerləridir.

0
52