Rövşən Lənkəranski güllələndi – FOTO + VİDEO + YENİLƏNİB

Rövşən Lənkəranski güllələndi  – FOTO + VİDEO + YENİLƏNİB

Xəstəxanaya yerləşdirilən Rövşən Lənkəranskinin vəziyyəti ağırdır.

Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır.

Oxu.Az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb.

O, hazırda xəstəxanadadır.

Yaxınları onun yanına yollanıb.

Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, R.dövlət seriya nişanlı avtomobillə ayrılıb. Daha sonra avtomobillə hotelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.

İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.

Əraziyə çoxlu sayda polis və təcili yardım maşını gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Polis cinayətkarların axtarışına başlayıb.

10:30

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm xəbəri yayılıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib.

Onunla bərabər sürücüsü də öldürülüb.

Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.

0
254