"FƏTÖ"nün bir nömrəli maliyyə dəstəkçisi açıqlandı - ÖLKƏDƏN QAÇIB

"FƏTÖ"nün bir nömrəli maliyyə dəstəkçisi açıqlandı - ÖLKƏDƏN QAÇIB

Türkiyədə 15 iyun hərbi çevriliş cəhdindən sonra başladılan Fətullah Gülən Terror Təşkilatı əməliyyatlarında təşkilatın bir nömrəli maliyyə qaynağının kimliyi bəlli olub.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu, Gülən camaatına yaxın iş adamlarının toplaşdığı TUSKON təşkilatının sədri Rıza Nur Meraldır.

R.N.Meralın ölkədən xaricə qaçdığı bildirilir. TUSKON rəhbəri 2014-cü ildə prezident Ərdoğanın Fətullah Gülən camaatı üzvlərini nəzərdə tutaraq “hinlərinə girəcəyik” sözünə cavab vermiş, “yaxında kimlərin hininə giriləcək, görəcəyik” demişdi.

0
12