Azərbaycanlı rəssamın əsəri Yaponiyada 50 min dollara satılıb

Azərbaycanlı rəssamın əsəri Yaponiyada 50 min dollara satılıb

Azərbaycanın tanınmış rəssamı Vüqar Muradovun “Nar” adlı sənət əsəri Tokioda keçirilən “Tokio İnternational Art Fair” yarmarkasında 50 min dollara satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a rəssam özü məlumat verib. O qeyd edib ki, həmin əsəri vaxtilə 7 min dollara satıb.

Qeyd edək ki, hazırda rəssamın əsərləri Antalyada keçirilən “Expo - 2016” rəsm sərgisində nümayiş olunur.

Lüksemburq və Vaşinqtonda da tanınmış rəssamın əsərlərindən ibarət sərgilər açılıb.

A.S.

0
11