Məmmədyarov və Nalbandyan sentyabrın 3-də görüşəcək

Məmmədyarov və Nalbandyan sentyabrın 3-də görüşəcək

“Şərq tərəfdaşlığı” XİN başçılarının növbəti görüşünün vaxtı məlum olub.

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova) xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünün vaxtı məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin Ukraynanın 5-ci kanal-ına müsahibəsində deyib.

Onun sözlərinə görə, görüş sentyabrın 3-də baş tutacaq.

Ukraynalı diplomat həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer sentyabrın 1-də ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü keçirməyi planlaşdırır.

0
9