(R) Azər Türk Bankdan yeni - “Çək, qazan” kampaniyası

(R) Azər Türk Bankdan yeni - “Çək, qazan” kampaniyası

Azər Türk Bank yeni, “Çək, qazan” kampaniyasına start verir.

Kampaniyada şəhərimizin hər bir sakini iştirak edə bilər.  Bankın Port Baku, Gənclik Mall və 28 Mall alış-veriş mərkəzlərində yerləşən kart maketləri ilə birgə şəkil çəkdirib #cekqazan həştəqi ilə sosial şəbəkələrdə yerləşdirməklə və cekqazan@azerturbank.az e-mail ünvanına göndərməklə kampaniyanın iştirakçısı ola bilərsiniz. Hər həftə daxil olan şəkillər toplanaraq Bankın sosial şəbəkələrdəki korporativ səhifələrində yerləşdiriləcək, Bankın rəsmi korporativ səhifələrindəki izləyiciləri  həmin şəkillərə səs verərək, qalibi müəyyən edəcək. Həftənin şənbə günündən cümə axşamınadək (saat 17:00-dək) bütün şəkillər toplanaraq, həftənin cümə günü (09:00-dan 17:00-dək) səsvermə elan olunacaq və həmin gün saat 18:00-da qalib elan olunacaq.

Hər həftənin ən çox səs toplamış qalibini dəyərli hədiyyələr gözləyir.

Kampaniya barədə daha ətraflı məlumatı www.cekqazan.azerturkbank.az saytından əldə edə bilərsiniz. Sayt bank tərəfindən kampaniya iştirakçılarının rahatlığının təmin olunması məqsədilə yaradılmışdır və Azər Türk Bankın rəsmi web səhifəsinə keçid mümkündür.

Sayt vasitəsilə həftəlik dəyərli hədiyyələrin siyahısını, həmçinin, qalib gələcək iştirakçıların adlarını öyrənə bilərsiniz.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

0
25