Rio-2016: Azərbaycan taekvondo tarixində ilk Olimpiya medalı qazanıb

Rio-2016: Azərbaycan taekvondo tarixində ilk Olimpiya medalı qazanıb

XXXI Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

Oxu.Az xəbər verir ki, Braziliyada tam heyətlə təmsil olunan Azərbaycan yığmasının bir idmançısı dayanq üzərinə çıxıb.

49 kq çəki dərəcəsində çıxış edən Patimat Abakarova Rioda debüt döyüşündə serbiyalı Tiyana Boqdanoviçə məğlub olub - 2:3. Boqdanoviç finala kimi irəlilədiyinə görə, Abakarova təsəlliverici görüşlərdə mübarizə aparıb.

49 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı çinli ikiqat Olimpiya çempionu Jinqyu Vu ilə qarşılaşıb.

Görüşün sonlarınadək Abakarova geridə olsa da, axırıncı saniyələrdə başa zərbə ilə qalib gələ bilib - 4:3.

Patimatın bürünc medal yolundakı son rəqibi fransalı Yasmine Azeize olub. Döyüşə fəal başlayan Abakarova yekunda möhtəşəm qələbə ilə bürünc medal qazanıb - 7:2. Bu, həm də Azərbaycan tarixində taekvondoda qazanılmış ilk medal olub.

Qeyd edək ki, bu, “Rio-2016”da 7-ci medal olub. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıb.

0
16