Rio-2016: Ramil Quliyev finala yüksəlib

Rio-2016: Ramil Quliyev finala yüksəlib

Azərbaycanlı atlet Ramil Quliyev Rio Olimpiyadasında finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən sprinter 20,09 saniyə ilə 7-ci yerdə qərarlaşaraq finala yüksəlib.

Finalda Ramil Quliyev Useyn Bolt (Yamayka), Laşon Merrit (ABŞ), Kristof Lemetr kimi məşhur sprinterlərlə yarışacaq.

Qeyd edək ki, final yarışları avqustun 19-da, Bakı vaxtı ilə saat 05:30-da keçiriləcək.

0
29