Rio-2016: Ramil Quliyev finalda!

Rio-2016:  Ramil Quliyev finalda!

Azərbaycanlı atlet Ramil Quliyev Rio Olimpiadasında finala yüksəlib.

APA-nın məlumatına görə, 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən sprinter 20,09 saniyə ilə 7-ci yerdə qərarlaşaraq  finala yüksəlib.

Finalda Ramil Quliyev Useyn Bolt (Yamayka), Laşon Merrit (ABŞ), Kristof Lemetr kimi məşhur sprinterlərlə yarışacaq.

 Qeyd edək ki, final yarışları avqustun 19-də, Bakı vaxtı ilə 05:30-da keçiriləcək.

0
13