AZAL aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır – SİYAHI

AZAL aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır – SİYAHI

Şirkət məlumat yayıb.

Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) QSC xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır. 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün AZAL Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyə çağırır.

Aşağıdakı linkdə həmin agentliklərin siyahısı ilə tanış olmaq olar www.azal.az/az/article/31082015

Əlavə məlumat üçün:
Telefon: (012) 598 88 80 / *8880
Email: callcenter@azal.az

0
13