Avtobus yarğana düşdü: 4 ölü, 24 yaralı

Avtobus yarğana düşdü: 4 ölü, 24 yaralı

Kolumbiyada ağır yol qəzası qeydə alınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Boqota-Kali marşrutu ilə hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən yarğana düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Zərərçəkənlərin arasında ən azı 4 uşağın olduğu bildirilir.

Hazırda xəstəxanalarda yaralılara tibbi yardım göstərilir. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

0
12