Terror aktında şübhəli bilinən şəxs tutuldu - Türkiyədə

Terror aktında şübhəli bilinən şəxs tutuldu - Türkiyədə

Türkiyənin Van vilayətində terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat-axtarış tədbirlərinə zirehli texnika və helikopterlər cəlb olunub.

Artıq adı açıqlanmayan şübhəli polis məntəqəsinə gətirilib. Həmçinin onun yaralandığı bildirilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Partlayışın arxasında Kürd Fəhlə Partiyasının (PKK) ola biləcəyi ehtimal edir.

Xatırladaq ki, ötən axşam Türkiyənin Van vilayətində polis şöbəsinin qarşısında minalanmış avtomobilin partladılması nəticəsində 3 dinc sakin ölüb, 40 nəfər yaralanıb.

0
12