İstanbulda silahlı insident: azərbaycanlı iş adamı yaralandı, sürücüsü öldü

İstanbulda silahlı insident: azərbaycanlı iş adamı yaralandı, sürücüsü öldü

İstanbulda silahlı insident baş verib.

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, naməlum şəxslər azərbaycanlı iş adamı Rövşən Əliyev və sürücüsünə qarşı silahlı hücum ediblər.

Baş verən atışmada iş adamı və sürücü ağır yaralanaraq xəstəxanaya çatdırılıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq şəxsiyyəti müəyyənləşməyən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.

0
24