Türkiyədə partlayış: 20 yaralı

Türkiyədə partlayış: 20 yaralı

Van vilayətinin İpək yolu rayonunda polis şöbəsinin qarşısında minalanmış avtomobil partladılıb.

 APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində dinc sakinlər daxil olmaqla təxminən 20 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Terrorçuların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

0
15