Rio-2016: Yuliya Ratkeviç “bürüncü” əldən verdi

Rio-2016: Yuliya Ratkeviç “bürüncü” əldən verdi

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.

1/8 final mərhələsindən yarışlara başlayan Yuliya Ratkeviç (56 kq) yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirib. Onun rəqibi tunisli Mərvə Əmri olub. Rəqibinə 3:6 hesabı ilə məğlub olan Yuliya Ratkeviç Olimpiadada çıxışını başa vurub.

0
11