Rusiyanın bombardmançısı ABŞ gəmisinin üzərindən uçdu – FOTO+VİDEO

Rusiyanın bombardmançısı ABŞ gəmisinin üzərindən uçdu – FOTO+VİDEO

“Biz dərin narahatçılıq keçiririk”.

Rusiyanın Baltik donanmasının “Su-24M/MR” bombardmançı-kəşfiyyatçıları Amerikanın “Donald Cook” eskadra minadaşıyanı ətrafında dövrə vurub. 

Oxu.Az xəbər verir ki, hadisə Baltik dənizində, Kalinqrad sahilinin təxminən 70 km-də aprelin 11-də baş verib. 

Amerika tərəfi Rusiya təyyarələrinin “Donald Cook” eskadra minadaşıyanı ətrafında uçmasını pisləyib.

Ağ Evin nümayəndəsi Coş Ernest Vaşinqtonda aprelin 13-də birifinq zamanı bəyan edib ki, ABŞ Administrasiyası Rusiya qırıcılarının Baltik dənizində Amerikanın eskadra minadaşıyanı “Donald Cook” ətrafında dövrə vurmalarından xəbərdardır və bunu “hərbi davranış qaydalarına müvafiq hesab etmir”.

“Ağ Ev hadisədən xəbərdardır. Bu beynəlxalq su və hava məkanında bir-birinə yaxın məsafədə yerləşən hərbi qüvvələrin peşəkar normalarına müvafiq deyil”, - C.Ernest bildirib. 

Daha öncə ABŞ silahlı qüvvələrinin Avropa komandanlığı Rusiyanı qeyri-peşəkar və təhlükə doğuran hava manevrlərinə dair dərin narahatçılığını bildirdiyi ilə bağlı bəyanat vermişdi.

“Bu əməliyyat lazım olmadığı halda ölkələr arasında gərginliyi artıra və insanların yaralanması və ölümü ilə bitən hadisələrin meydana gəlməsinə gətirib çıxara bilər”.

Xatırladaq ki, buna bənzər hadisə 2014-cü ilin aprel ayında da baş vermişdi. 

Belə ki, 2014-cü ilin aprelin 10-da eskadra minadaşıyanı Qara dənizə çıxıb, səfər Krımda baş verən hadisələrlə bağlı beynəlxalq gərginliyin kəskinləşməsi ilə əlaqədar idi.  

Aprelin 12-də Rusiya cəbhə bombardmançısı “Su-24M” 1 saatdan çox vaxt ərzində eskadra minadaşıyanın yanından keçib. 

“Donald Cook” – ABŞ Hərbi dəniz qüvvələrinin dördüncü nəsil eskadra minadaşıyanıdır, onun əsas silahı – idarə edilən raketlərdir.

Bu müharibədən sonra kütləvi istehsal edilən gəmidir, 1988-ci ildən indiyə qədər 62 gəmi inşa edilib, daha 13 gəminin inşası isə planlaşdırılır. 

Onun əsas silahı uçuş məsafəsi 2500 km olan Tomaqavk qanadlı raketləridir. Adi və zərbə variantında eskadra minadaşıyanı müvafiq olaraq 56 və 96 belə raketlərlə təchiz edilir.

0
13