Fransada qatar qəzaya düşdü: 13 yaralı

Fransada qatar qəzaya düşdü: 13 yaralı

Fransada sərnişin qatarı qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Ümumilikdə 50 nəfərə tibbi yardımın göstərildiyi bildirilir. Monpelye-Nim marşrutu üzrə hərəkət edən qatarda 200 nəfər olub.

Mələmata əsasən, qəzaya səbəb qasırğa nəticəsində relslərin üstünə  düşən ağac olub.

0
15