“Qarabağ”ın “Höteborq”la oyunları canlı yayımlanacaq

“Qarabağ”ın “Höteborq”la oyunları canlı yayımlanacaq

Avropa Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində “Qarabağ” avqustun 18-də səfərdə İsveçin “Höteborq” klubunun qonağı olacaq.

Oxu.Az-ın məlumatına görə, Bakı vaxtı ilə 21:00-da start götürəcək bu görüş “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, avqustun 25-i baş tutacaq cavab matçı da “İdman Azərbaycan”da canlı yayımlanacaq.

0
14