Sabah Yasamal rayonunda içməli su olmayacaq

Sabah Yasamal rayonunda içməli su olmayacaq

Sabah Bakının Yasamal rayonunda içməli su olmayacaq.

“Azərsu” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 18-i gün ərzində İzmir və C.Məmmədquluzadə küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

0
7