Nazirlikdən erməni idmançının təxribatına – MÜNASİBƏT

Nazirlikdən erməni idmançının təxribatına – MÜNASİBƏT

Gənclər və İdman Nazirliyi erməni güləşçi Artur Aleksanyanın Rio Yay Olimpiya Oyunlarında təxribata əl atmağına münasibət bildirib.

Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə heç bir vəchlə idmanın siyasiləşdirməsinin tərəfdarı olmayıb.

“Erməni idmançının dünənki hərəkəti, bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi də siyasəti idman meydançasına gətirmə cəhdi oldu. Daim dünyaya özünün təcavüzə məruz qalmış xalq kimi nümayiş etdirməyə çalışan Ermənistan bununla da bütün dünyaya öz mənfur xislətini nümayiş etditib cılız düşüncyə malik olduğunu bir daha sübut etdi”, - S.Məmmədova deyib.

0
16