Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayrılıb

Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

0
10