Bakıda Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq

Bakıda Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq

Sentyabrın 2-də Bakıda Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq.

Oxu.Az xəbər verir ki, Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə baş tutacaq sərgi sentyabrın 18-dək davam edəcək.

Qonaqlar sərginin pavilyonunda yer alan Hindistan mədəniyyət nümunələri ilə yaxından tanış olma imkanı əldə edəcəklər. Burada, həmçinin, hind rəqsləri, hind yeməkləri də təqdim ediləcək. Hindistandan gətirilən qızıl və gümüş əşyalar, tavalar və qazanlar, mebel, xalça, ədviyyat, çay və başqa məhsullar da sərgilənəcək.

Sərgidə müxtəlif növdə ipək, qumaş və pambıq parçalardan hazırlanmış geyimlər, kəlağayılar, yaylıqlar və dəsmallar nümayiş olunacaq.

A.S.

0
19