Aygün və Rəhimdən yeni duet: "Hər şey düzələr"

Aygün və Rəhimdən yeni duet: "Hər şey düzələr"

Şou biznesin divasi Aygün Kazımova və superstar Rəhim Rəhimli birlikdə duet ifa edib.

Lent.az-ın məlumatına görə, sənətçilər uzun illik dost olsalar da, bu cütlüyün ilk duetidir.

Duet "Hər şey düzələr" adlanır. Mahnının musiqisi Rəhim Rəhimliyə, sözləri Azər Şirinə, aranjimanı Ramin Vəlibəyova, səs rejissoru və düzənləməsi isə İsmayıla məxsusdur.

Mahnı bugündən eksklüziv olaraq Xəzər FM-də səslənəcək.

0
112