Qadın kayakçımız “Rio-2016”-da yarımfinala yüksəldi

Qadın kayakçımız “Rio-2016”-da yarımfinala yüksəldi

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşə başlayıb.

Oxu.Az xəbər verir ki, 34 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə yürüşdə finişə 1 dəqiqə 51,750 saniyəyə çataraq yarımfinala adlayıb.

Növbəti mərhələ yürüşü saat 18:17-də start götürəcək.

0
16