Natiq Cəfərlinin şikayəti təmin edilmədi

Natiq Cəfərlinin şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Natiq Cəfərlinin vəkili Cavad Cavadlı verib.

Onun sözlərinə görə, məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməyib.

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

0
15