Rio-2016: ​Azərbaycan kanoeçisi Olimpiyadada bütün rəqiblərini qabaqladı

Rio-2016: ​Azərbaycan kanoeçisi Olimpiyadada bütün rəqiblərini qabaqladı

O, yarımfinala yüksəlib.

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə bütün rəqiblərini qabaqlayaraq finişə 39,749 saniyəyə çatıb.

Nəticədə o, yürüşün qalibi olub. Onun növbəti yürüşü saat 17:42-də başlanacaq.

0
14