“Yeni Azərbaycan” təşviqat qrupu qeydə alındı

“Yeni Azərbaycan” təşviqat qrupu qeydə alındı

124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində 40 mindən artıq seçici imzası toplanıb.

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplanıb.

İclasda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu qeydə alınıb.

0
12