Bosforda iki gəmi toqquşub, ölən var

Bosforda iki gəmi toqquşub, ölən var

Bosfor boğazında yük gəmisi ilə kater toqquşub.

Oxu.Az xəbər verir ki, bu barədə “Cumhuriyet nəşri məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında İstanbulun Sarayburnu rayonu sahillərində baş verib.

Nəticədə Türkiyə Sahil Mühafizə Xidmətinin 3 əməkdaşı ölüb, 4-ü yaralanıb.

Hadisədən sonra ölmüş bir nəfərin meyiti və ikisinin vəziyyəti ağır olmaqla 6 yaralı sudan çıxarılıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səylərinə baxmayaraq, ağır yaralıların həyatını xilas etmək mümkün olmayıb.

0
11