Papua-Yeni Qvineyada sərnişin təyyarə düşdü

Papua-Yeni Qvineyada sərnişin təyyarə düşdü

Ölənlər var.

Çərşənbə günü axşam Papu-Yeni Qvineyanın Qərb əyalətində dağ rayonunda Kiunqa şəhərinin yaxınlığında kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb.  

Oxu.Az TASS-a istinadən xəbər verir ki, göyərtədə olan pilot (avstraliyalı olması ehtimal edilir) və 11 sərnişin həlak olub. 

Avstraliya XİN-in rəsmi nümayəndəsi Papu-Yeni Qvineyada ali komissarın (səfir) qəzanın səbəblərini aydınlaşdırmaq və ölənlərin kimliyini müəyyənləşdirmək üçün yerli hakimiyyət ilə sıx əlaqə saxladığı barədə məlumat yayıb. 

0
16