Türkiyə və İsrail münasibətləri normallaşdırırlar

Türkiyə və İsrail münasibətləri normallaşdırırlar

İsrail və Türkiyə münasibətlərinin normallaşdırılması haqqında müqavilə təsdiqlənmə üçün parlamentə təqdim edilib.

Oxu.Az bu barədə NTV telekanalına istinadən xəbər verir.

Müqaviləyə görə, İsrail Türkiyəyə 25 gün ərzində ölkələr arasında 2010-cu ildə münasibətlərin korlanmasına səbəb olan “Azadlıq donanması” ilə baş vermiş hadisə ilə əlaqədar 20 milyon dollar ödəməlidir.

İsrail və Türkiyə iyunun 28-də münasibətlərin normallaşdırılması haqqında razılaşma imzalayıb. Sənədin qüvvəyə minməsi üçün o, hər iki dövlətin parlamenti tərəfindən təsdiq edilməlidi. Sənəd təsdiqləndikdən sonra səfirlər göndəriləcək.

Sənəd təsdiqləndiyi halda Türkiyə hadisə ilə əlaqədar bütün iddialardan imtina edir, İsrail hərbçiləri isə cinayət və hüquqi məsuliyyətə cəlb edilməyəcəklər.

2010-cu ildə İsrailin “komandos”u Qəza sektorunun blokadasını qırmaq üçün gedən gəmiləri tutub. Hadisə doqquz türkün ölümü ilə nəticələnib.

0
12