Tolik: İlhamə xanım ölümündən 4 gün əvvəl mənə bunları dedi

Tolik: İlhamə xanım ölümündən 4 gün əvvəl mənə bunları dedi

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə sənətkarı yad edən çoxsaylı pərəstişkarları və sənət aləminin tanınmış simaları arasında məşhur prodüser Tolik (Tarix Əliyev) də var.

O, paylaşımına “İlhamə xanım ölümündən 4 gün əvvəl mənim ad almağım münasibətilə olan tədbirə gəldi. Zərfdə pul verdi, almadım, dedim, sizin gəlişiniz milyona dəyər. Mənə dedi ki, özümü pis hiss edirəm. Həmin gün heç nə yeyə bilmədi. Amma canlı oxudu, deyib-güldü” şərhini yazıb.

Qeyd edək ki, İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib.

Aytən Sadıqzadə

0
12