“Euronews” kanalı Qəbələ haqqında reportaj yayımlayıb

“Euronews” kanalı Qəbələ haqqında reportaj yayımlayıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il artıq səkkizinci dəfə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenə beynəlxalq mədəni dairələrin diqqət mərkəzində oldu. Festival haqqında “Euronews” telekanalının hazırladığı reportaj da bunu təsdiqləyir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, reportajda müəllif yaxın illərə kimi Qəbələnin varlığından çoxlarının xəbərsiz olduğu, indi isə bu qədim şəhərin musiqisevərlərin diqqət mərkəzində olması qeyd olunur.

Xatırladaq ki, iyulun 30-dan avqustun 5-dək davam edən VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, İspaniya, İsrail, Litva və Kubadan tanınmış ifaçı, solist və dirijorları bir araya gətirdi.

Festival çərçivəsində IV Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi də keçirilib.

Birinci yeri azərbaycanlı pianoçu Vurğun Vəkilov və rusiyalı Anna Kavalerova tutublar. İkinci yerə isə azərbaycanlı və rusiyalı pianoçular – Tofiq Şıxıyev ilə Yevgeniya Antonova çıxıblar. Musiqi yarışmasında üçüncü yeri tutan olmayıb.

Rəşid Behbudov və Atabala Manafzadə fərqli ifalarına görə diplomla təltif olunublar. Qaliblərə və fərqlənənlərə pul mükafatları verilib.

A.S.

0
8