İlham Əliyev Atatürkün yaxtasında – FOTO

İlham Əliyev Atatürkün yaxtasında – FOTO

Hökumət başçılarının şərəfinə nahar verilib.

Aprelin 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün İstanbula gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak ediblər.

Qeyd edək ki, görüş “Savarona” yaxtasında keçirilib.

Möhtəşəm okean yaxtası “Savarona”nın  layihəsini amerikalı memar Uilyam Gibbs hazırlayıb, yaxta 1931-ci ildə “Gibbs & Cox” tərsanəsində inşa edilib və özəl alıcıya 4 milyon dollara (2010-cu il qiymətlərinə görə, 57 milyon dollar) satılıb.

Həmin dövrdə “Saravona” dünyanın ən böyük yaxtası idi.

1938-ci ildə yaxtanı türk hökuməti alaraq, Türk Cümhuriyyətinin yaradıcısı, burada hökumət iclaslarını keçirən Kamal Atatürkə hədiyyə edib.

0
13