Məşhur kazino partladıldı – FOTO + VİDEO

Məşhur kazino partladıldı – FOTO + VİDEO

Las-Veqasın məşhur kazinosu “Riviera” partladıldı.

Oxu.Az xəbər verir ki, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

Hotel-kazinonun bağlanmasına dair qərar 2015-ci idə qəbul edilmişdi.

İyunda hakimiyyət kompleksin iki binasından birini – “Monako” qülləsini söküb.

İkinci qüllə “Monte-Karlo” söküldükdən sonra kompleks faktiki olaraq yer üzündən silindi.

Hotelin yerində yeni konfrans zalı tikiləcək.

Hotel 1955-ci ildə tikilib və şəhərdə ən qədim tikililərdən idi.

“Riviera” kazinosunda “Ouşenin 11 dostu” (1960), “Kazino” (1995), Ceyms Bond haqqında filmlərdən “Daimi brilyantlar” (1971) və digər filmlərin çəkilişi olub.

0
7