ATƏT cəbhədə monitorinq keçirib

ATƏT cəbhədə monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə məlumat Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.

0
7