ABŞ-da daşqın: Ölənlər var – FOTO

ABŞ-da daşqın: Ölənlər var – FOTO

Ştatda 2005-ci ildə “Katrina fəlakəti” yaşanmış, daşqın nəticəsində 1245 nəfər həyatını itirmişdi.

ABŞ-ın Luiziana ştatında baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, on minlərlə insan evsiz qalıb.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 20 min nəfərin təhlükəsiz bölgələrə təxliyyə edildiyi, 11 min nəfərin yaşanacaq yer axtardığı, minlərlə evə ziyan dəydiyi və daşqın sularının xeyli sayda avtomobili sürüyüb apardığı bildirilib.

Luiziana valisi Con Bel Edvard ştatda təcili vəziyyət elan edərək Federal Fövqəladə Hallar İdarəsindən yardım istəyib.

Təhlükənin hələ də davam etdiyini bildirən rəsmilər bəzi bölgələrdə su səviyyəsinin yüksələ biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, ştatda 2005-ci ildə “Katrina fəlakəti” yaşanmış, daşqın nəticəsində 1245 nəfər həyatını itirmişdi.

0
10