Norveç neft hasilatını 5 illik maksimuma qədər artırıb

Norveç neft hasilatını 5 illik maksimuma qədər artırıb

2016-cı ilin iyul ayında Norveçdə neft hasilatı 2011-ci ildən sonra rekord həddə sutkada 1,73 milyon bareldən ibarət olub və bu, ötən ilin həmin dövrü ilə müqayisədə 10% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə Norveç neft diektoratlığının (NPD) məlumatında bildirilib.

Göstəricinin artımı, əsasən, operatoru İtaliyanın “Eni SpA” olan “Goliat” neft yatağında hasilatın başlanması ilə əlaqədardır. Onun maksimal potensialı sutkada 100 min bareldən ibarətdir.

Təbii qaz və kondensatın hasilatı daxil olmaqla ölkədə hasilat iyulda sutkada neft ekvivalentində 3,97 milyon bareldən ibarət olub.

Norveç Rusiyadan sonra dünyada ikinci iri qaz ixracatçısıdır. 2015-ci ildə qaz hasilatı ölkədə rekord 117,2 milyard kubmetrə çatıb.

0
11