Olimpiya çempionlarından Rəsul Çunayevə dəstək – FOTO

Olimpiya çempionlarından Rəsul Çunayevə dəstək – FOTO

Olimpiyadanın yarımfinalında erməni idmançı Miqran Arutunyana məğlub olan, sonradan bürünc medal qazanan yunan-Roma üslubunda güləşən azərbaycanlı idmançı Rasul Çunayev (66 kq) məşhur güləşçilərimizdən dəstək alıb.

Oxu.Az haqqin-a istinadən xəbər verir ki, Rioda olan Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov Çunayevi qazandığı medal münasibəti ilə təbrik edərək yarımfinaldakı məğlubiyyətini tez bir zamanda unutmağı məsləhət görüblər.

Məlum olduğu kimi, Rəsul Arutunyana məğlub olduqdan sonra sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin kəskin tənqidinə məruz qalıb. Amma bu çətin anda Çunayevi dəstəkləyənlərin də sayı az olmayıb.

E.Ə.

0
11