Gürcü idmançı yeni dünya rekordu vurdu – FOTO

Gürcü idmançı yeni dünya rekordu vurdu – FOTO

İdmançı Laşa Talahadze yeni dünya rekordu vuraraq Gürcüstanın aktivinə ilk “Olimpiyada-2016”-nın medalını gətirib.

Oxu.Az xəbər verir ki, avqustun 16-da Laşa Talahadze 105 kq çəki kateqoriyasında ağır atletika üzrə yarışlarda qızıl medal qazanaraq Olimpiya çempionu titulunu qazanıb.

O, təkanla qaldırmada 473 kq yığaraq dünya rekordu vurub.

Gürcü idmançı dünya rekordu ilə yarışlardan qalib çıxıb təkanla qaldırmada – 473 (215+258) kiloqram yığıb.

Əvvəlki 472 kq dünya rekordu 2000-ci ildə Sidney Olimpiya Oyunlarında vurulub və iranlı idmançı Hüseyn Rezazadeyə məxsus idi.

E.Ə.

0
15