ABŞ Natiq Cəfərlinin həbsindən narahatdır

ABŞ Natiq Cəfərlinin həbsindən narahatdır

“REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbs olunması xəbəri ABŞ-ı narahat edib. Həmçinin digər bir neçə fəalın Azərbaycanda həbs olunması bizi narahat edir”.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Tonerin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ABŞ Azərbaycan hökumətini fundamental hüquqlardan yararlanmalarına görə həbs olunan fəalları azadlığa buraxmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır.

“Biz Azərbaycan hökumətini, xüsusilə, 26 sentyabr Konstitusiya referendumu ərəfəsində dövlətin tutduğu istiqamətə dair açıq ictimai dialoqun inkişafına imkan yaratmağa çağırır, Konstitusiya dəyişikliklərınə dair birgə rəyin alınması üçün onları Venesiya Komissiyası və ATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təqdim etməyə təşviq edirik”, - deyə bəyanatda vurğulanır.

0
11