İlhamə Quliyevanın anadan olmasından 73 il ötür

İlhamə Quliyevanın anadan olmasından 73 il ötür

Xalq artisti İhamə Quliyevanın dünyaya gəlməsindən 73 il keçir.

Oxu.Az xəbər verir ki, İ.Quliyeva 1943-cü ildə Lənkəran şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestri,1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyası,1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub.

Müğənni XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin, İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

xalasının nəvəsi Orxan Nadirovu qeyri-rəsmi şəkildə övladlığa götürüb.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. İkinci Fəxri xiyabanda anası, Xalq artisti Tükəzban İsmayılova və ögey atası, Xalq artisti Həbibulla Bayramovun yanında dəfn edilib.

A.S.

0
24