Nalbandyan: Bakı və İrəvan Azərbaycanın 6 işğal edilmiş rayonunun qaytarılmasını müzakirə edir

Nalbandyan: Bakı və İrəvan Azərbaycanın 6 işğal edilmiş rayonunun qaytarılmasını müzakirə edir

“Sənəd hələlik saxlanılmağa verilməyib".

Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan sensasiya doğuran bəyanat verib.

Oxu.Az xəbər verir ki, Ermənistanın İctimai televiziyasının sualını cavablandırarkən, nazir Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların predmetini açıqlayıb.

Nazirin sözlərinə görə, tərəflərin müzakirə etdikləri işçi sənədlər olaraq, tərəflərin nəzərdən keçiridklərinin predmeti hesab edilir. İnkişafına nail olunmayan sənədlər, ATƏT-in Vyanada yerləşən mərkəzi ofisinə saxlanılmağa verilir.

“Saxlanılmağa verilməyən sənəd hələlik – kazan sənədidir. Qalan bütün şərhlər artıqdır", - deyə nazir qeyd edib.

Bu sənədə müvafiq olaraq başlanğıc üçün tənzimlənmənin əsas prinsiplər imzalanmalıdır, bundna sonra Ermənistan və Azərbaycan RF, ABŞ və Fransanın vasitəçiliyi ilə sülh sazişi üzərində işə başlayar bilərlər.
Daha sonra İrəvan İrəvan Dağlıq qarabağ ərazisindən, o , cümlədən də Fizuli, Ağdam, Cəbrayıl, Zəngilan Qubadlı və Kəlbəcər rayonlarından, eləcə də Laçının 13 kəndindən işğalçı ordusunu çıxarmalıdır. Bu ərazilərdə təhlükəsizlik beynəlxalq sülhməramlılar tərəfindən qorunmalıdır. Laçın rayonunda isə Ermnəistanı Qarabağ ilə birləşdirilən dəhliz yaradılmalıdır.

Dağlıq Qarabğın hüquqi statusu isə, qaçqınların qaytarılması şərti ilə bir neçə il sonra referendum yolu ilə həll edilməlidir. Bu sənəddə əsas məqam Bakı və İrəvanın mübahisələrin həlli üçün hüquqi öhdəçilik formasında gücdən istifadə etməkdən imtina etməkləridir.

0
14