ABŞ Rusiyanın hərəkətlərindən təəssüflənsə də, təəccüblənmir

ABŞ Rusiyanın hərəkətlərindən təəssüflənsə də, təəccüblənmir

ABŞ Dövlət Departamenti Mark Toner bildirib ki,  Rusiyanın İranın “Həmadan” aviabazasından istifadə etməsi Vaşinqtonu təəssüfləndirir, lakin təəccübləndirmir.

Bu barədə APA “Reuters”ə istinadən xəbər verir. Tonerin sözlərinə görə, Rusiyanın İranın aviabazasından istifadə etməsi heç də o demək deyil ki, Vaşinqton Suriyada terrorçularla mübarizədə Moskva ilə razılaşmaya nail ola bilməyəcək.

Toner əlavə edib ki, ABŞ hazırda Rusiya təyyarələrinin “Həmadan” aviabazasında yerləşdirilməsinin BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olub-olmamasını araşdırır.

Toner, bundan başqa qeyd edib ki, terrorçularla mübarizə məsələsində koordinasiyaya dair ABŞ və Rusiya arasında hələlik əməkdaşlığa nail olunmayıb. Onun sözlərinə görə, Rusiya mötədil müxalifət qüvvələrinə zərbələr endirməkdə davam edir.

0
12