Rusiya yığması Pekin-2008-in qızıl medalından məhrum edildi

Rusiya yığması Pekin-2008-in qızıl medalından məhrum edildi

Rusiyanın yüngül atletika üzrə yığma komandası  Pekin-2008 Olimpiya Oyunlarının qızıl medalından məhrum edilib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.

Məlumata görə, qərarın verilməsinə səbəb 4x100 metr estafetində çıxış etmiş qaçışçı Yuliya Çermoşanskayanın dopinq-testinin müsbət nəticə verməsi olub.

Qərar  Pekin-2008 Olimpiya Oyunlarının dopinq-testlərinin təkrar yoxlanılmasından sonra verilib.

Yuliya Çermoşanskayanın dopinq-testi qadağan olunmuş iki vasitəyə müsbət nəticə verib.

0
11