Gülənlə əlaqədə şübhəli bilinən bir neçə iri sahibkar saxlanıldı

Gülənlə əlaqədə şübhəli bilinən bir neçə iri sahibkar saxlanıldı

Türkiyə polisi Fətüllah Gülənlə əlaqədə və ona maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən bir neçə iri sahibkar saxlanılıb.

APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları “Akfa” holdinqi və “A101” supermarketlər şəbəkəsi ilə əlaqəli onlarla ofisdə axtarış aparıb. Məlumata görə, saxlanılanlar arasında “Akfa” holdinqinin Direktorlar Şurasının sədri Fatih Aktaş və onun həyat yoldaşı Yelız var. “A101” supermarketlər şəbəkəsinin sahibi Turqut Aydın da saxlanılıb.

Əməliyyat çərçivəsində, ümumilikdə, 120 nəfərin həbsinə dair order verilib. Onlardan təxminən 50 nəfəri artıq həbs edilib.  

0
31