Bu gündən 11-cilərin imtahanları başlayır

Bu gündən 11-cilərin imtahanları başlayır

Bütün fənlər üzrə imtahan saat 10:00-da keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alanlər üçün Ana dili, riyaziyyat və fizika fənlərindən monitorinq imtahanı keçirir.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Oxu.Az-a bildirilib. 

Məlumata görə, monitorinq imtahanların keçirilməsi üçün Bakı və Sumqayıt şəhərlərində Azərbaycan dili fənnindən 194 məktəb üzrə 12512, riyaziyyat fənnindən 191 məktəb üzrə 12510, fizika fənnindən 260 məktəb üzrə 16003 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə 1 saatdır.

Qeyd edək ki, monitorinq imtahanları regionlarda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) 18 və 19 aprel tarixlərində aparılacaq. 

0
17