Lavrov və Kerri arasında telefon danışığı olub

Lavrov və Kerri arasında telefon danışığı olub

Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Suriyada terrorçulara qarşı addımların nizamlanması və atəşkəs rejiminin təmin olunması məsələlərini müzakirə edib.

 APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

“Suriyada, xüsusən də Hələbdəki vəziyyətin müzakirəsi davam etdirilib. Con Kerrinin iyulun 15-də Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların təcrübi reallaşdırılmasına hazırlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda qeyd olunub.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

0
12