Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb

Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb

Qax rayonunda 25 yaşlı gənc intihar edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon mərkəzində baş verib.

Belə ki, rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında özünü nar ağacından asıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, Ş.Məmmədli ailəlidir.

0
13