ABŞ-dan Rusiya təyyarələrinin İrandan uçuşlarına reaksiya

ABŞ-dan Rusiya təyyarələrinin İrandan uçuşlarına reaksiya

Rusiya təyyarələrinin İran aviabazasından həyata keçirilən uçuşları ABŞ-ın İŞİD-ə qarşı mübarizədə rəhbərlik etdiyi koalisiyanın fəaliyyətinə təsir etməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bunu Pentaqonun nümayəndəsi polkovnik Kristifer Qarver deyib.

“Uçuşların təhlükəsizliyinə dair razılaşmaya uyğun olaraq, Rusiya koalisiyanı məlumatlandırıb. Uçuşlar koalisiyanın işinə təsir etməyib”, - deyə Qarver bildirib.  

Qeyd edək ki, avqustun 16-da Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələri İranın “Həmadan” aviabazasından havaya qalxaraq İŞİD və “Cəbhə ən Nüsrə” terror qruplaşmalarının mövqelərinə zərbələr endiriblər.  

0
10